Accessibility links

Qara Dənizdə batmış gəminin sərnişinləri üçün axtarışlar davam edir


Qara Dənizdə batmış gəminin sərnişinləri üçün axtarışlar davam edir
Qara Dənizdə batmış gəminin sərnişinləri üçün axtarışlar davam edir

Çərşənbə axşamı Türkiyənin Qara Dəniz sahillərinə yaxın sularda yük gəmisinin batması nəticəsində səkkiz nəfər itkin düşüb.

Rəsmilər Vera adlı Kamboca bayrağı altında üzən yük gəmisinin Zonquldağ vilayətinin şimalında, Eregli şəhəri yaxınlığında fırtınalı hava şəraitində suya qərq olduğunu deyirlər.

Rəsmilərin sözlərinə görə göyərtədə olan 11 nəfərdən üçünü xilas etmək mümkün olub. Polis itkin düşən ekipaj üzvlərini axtarmaq məqsədi ilə dənizin sahilində nəzarəti gücləndirib. Xilasedici gəmilər və bir vertolyot itkin düşənlərin axtarışına yardım edib.

Gəmi Rusiyadan Türkiyəyə metal qırıntıları daşıyırdı. Sağ qalanlar gəminin bir neçə dəqiqə içərisində batdığını deyirlər.

XS
SM
MD
LG