Accessibility links

QDTİB ARDNŞ-ə 5 milyard dollar həcmində kredit ayıracaq


Qara dəniz Ticarət və İnkişaf Bankı_logo
Qara dəniz Ticarət və İnkişaf Bankı_logo

Bu bankın ən böyük krediti olacaq

Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDRİB) Direktorlar Şurası şənbə günü ARDNŞ-ə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ən böyük kreditin ayrılması məsələsinə baxacaq.

Trend-in məlumatına görə, bu barədə QDTİB-in sədri Aleksandr Kondakov jurnalistlərə açıqlamasında bildirib:

"Bankın Direktorlar Şurası bu məsələni şənbə günü Bakıda keçiriləcək iclasda müzakirə edəcək. Əgər saziş qəbul edilsə, onda bu kredit QDTİB tarixində ən böyük kredit olacaq. Kreditin həcmi 5 milyard dollar təşkil edəcək".

Onun sözlərinə görə, ayrılan məbləğ Azərbaycandan kənarda neft emalı ilə bağlı layihənin reallaşdırılmasına yönəldiləcək:

"Layihənin hazırlanması bir neçə il çəkib, onun özü isə 16 il müddətinə nəzərdə tutulub. Belə böyük saziş etibarın yaxşı göstəricisidir. QDTİB Azərbaycanı çox etibarlı tərəfdaş kimi qiymətləndirir".
XS
SM
MD
LG