Accessibility links

Qarabağ veteranı: Məni döyə-döyə "İŞİD üzvü" elədilər


MTN
MTN

“Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq idarəsinin irəli sürdüyü ittihama görə, o, İŞİD-ə qoşulub”

“Məni MTN-də işgəncə altında, döyə-döyə “İŞİD” (özünü “İslam Dövləti” adlandıran silahlı qruplaşma-red.) üzvü elədilər. Nə İŞİD-də olmuşam, nə də başqa qanunsuz silahlı birləşmə tərkibində döyüşmüşəm”.

Bunu iyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başlayan məhbus Marfin Vladimir deyib.

Marfin Vladimir Milli Ordunun zabiti olub, Qarabağ müharibəsi veteranıdır.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq idarəsinin irəli sürdüyü ittihama görə, o, İŞİD-ə qoşulub, Suriyada Prezident Bashar al-Assad qüvvələrinə qarşı döyüşüb.

Marfin Vladimirlə yanaşı Rufan Ağcabəyov da mühakimə olunur. O da eyni maddələrlə ittiham olunur və bu ittihamları qəbul etmir.

Məhkəmə iclasında Marfin Vladimirin vəkili Ruhid Əkbərov əlavə şahidlərin dindirilməsi üçün vəsatət qaldırıb.

“TƏRCÜMƏÇİ DƏ TƏYİN OLUNSUN”

Vəkil deyib ki, Marfin tutularkən tərcüməçi və vəkillə təmin olunmayıb. O, ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularından danışıb. Vəkil Marfin Vladimirin məhkəmə zamanı tərcüməçi ilə təmin olunmasını da istəyib.

Hakim Əlövsət Abbasov vəsatətlərin bir qismini təmin etdikdən sonra növbəti məhkəmə iclasına iyunun 7-dək fasilə elan edib.

Xaçmaz rayonundan olan, İŞİD-ə qoşulduğu MTN tərəfindən iddia edilən Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib.

Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar “İnterpol”un saytında yerləşdirilib.

Həmin məlumata görə, Urfan Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub. (AzadlıqRadiosu)

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG