Accessibility links

UEFA fevralın 5-də Qarabağın şikayətinə baxacaq [Video]


UEFA-logo

UEFA-logo

Hakimlər Qarabağın vurduğu qolu hesaba almayıb

UEFA Azərbaycanın “Qarabağ” futbol klubunun müraciətinə fevralın 5-də baxacaq.

Klubun rəsmi saytının məlumatına görə Avropa Liqasının VI oyun günündə baş tutmuş `Qarabağ` - İnter` (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş verən olayla bağlı `Qarabağ` Futbol Klubu UEFA-ya şikayət məktubu göndərib.

"Oyun zamanı baş verən epizodla bağlı edilən məhkəmə müraciətiniz qəbul edilib və UEFA-nın İntizam və Nəzarət komitəsinin 2015-ci il fevralın 5-də baş tutacaq iclasında baxılıb qərar veriləcəkdir", deyə UEFA-nın cavabında deyilir.

Dekabrın 11-də Avropa Liqasının qrup mərhələsində Qarabağ-İnter oyununda 92-ci dəqiqədə Qarabağ komandasının vurduğu qol hakimlər tərəfindən hesablanmayıb.

“Son dəqiqədəki epizod təmiz qol idi! Hakim belə qərara niyə gəldi mən başa düşmürəm. Hətta "İnter"-in oyunçusu təmiz qol olduğunu mənə dedi. Amma indi nəyisə dəyşimək mümkün deyil”, oyundan sonra Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.

XS
SM
MD
LG