Accessibility links

“Traktorsazi” komandası İranda yaşayan azərbaycanlıların mərkəzi şəhəri Təbrizi, Azərbaycanın “Qarabağ” komandası isə hazırda ermənilər tərəfindən zəbt edilmiş Aşdam şəhərini təmsil edir.

İyulun 11-də Təbrizin “Traktorsazi” komandası ilə Ağdamın “Qarabağ” klubu arasında yoldaşlıq görüşü keçirəcək.

APA agentliyinin məlumatına görə, yoldaşlıq görüşü hər iki komandanın Ankarada, Qızılcahamam bölgəsindəki “Patalya Thermal Resort” otelindəki təlim-məşq toplantısı çərçivəsində baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Qeyd edək ki, “Traktorsazi” iyunun 30-dan Türkiyədə təlim-məşq toplantısındadır. Bu mövsüm Təbriz komandası ilə birillik müqavilə imzalayan portuqaliyalı məşqçi Antonio Oliveyranın qərarına görə, “Traktorsazi” təlim-məşq toplantısı zamanı üç yoldaşlıq görüşü keçirəcək. İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbriz komandası ötən mövsüm ikinci yeri tutaraq Asiya Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, “Traktorsazi” komandası İranda yaşayan azərbaycanlıların mərkəzi şəhəri Təbrizi, Azərbaycanın “Qarabağ” komandası isə hazırda ermənilər tərəfindən zəbt edilmiş Aşdam şəhərini təmsil edir.
XS
SM
MD
LG