Accessibility links

Şeir gecəsində Qaradağ zəlzələsi qurbanlarının xatirəsi anılıb



Ötən günlər 2012-ci ilin avqustunda Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən zəlzələ qurbanlarına kömək üçün azərbaycanlı şairlər, mədəni fəallar, tələbələr və habelə zəlzələ bölgəsindən olan millət vəkillərinin iştirakı ilə Tehranda türkcə şeir gecəsi keçirilib.

Tədbirdə zəlzələ bölgəsində yerləşən Vərziqan şəhərinin İran parlamentindəki deputatı Allahverdi Dehqani və Əhər şəhərinin keçmiş deputatı Qulamhüseyn Məsudi Reyhan öz çıxışlarında zəlzələdən təqribən 7 ay sonra bölgədə yaşayan xalqın hələ də bir çox çətinliklərlə üzləşdiyini qeyd ediblər.

Eloğlu, Eldar Muğanlı, Səid Muğanlı, Əkrəm Nəccari və Alma Muğanlı kimi şairlər və Sulduz Musiqi Qrupunun çıxış etdiyi mərasimdə iştirakçılardan zəlzələ bölgəsi əhalisi üçün ianə toplanıb.

Jurnalistlər, habelə Allahverdi Dehqani kimi azərbaycanlı millət vəkilləri, İran hökümətini qışın soyuğunda zəlzələ qurbanlarını kifayət qədər qorumamaqda günahlandırıblar.

Qaradağ bölgəsi, qarlı-şxatalı qışı və kəskin soyuq havası ilə tanınır.

2012-ci il avqustun 11-də Qaradağda baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində rəsmi statistikaya görə 306 nəfər ölmüş, xəsarət almış 400-dən artıq kəndin 65-də isə bütün evlər dağılmışdı.

Yerli jurnalistlər və bir neçə azərbaycanlı deputat rəsmilər tərəfindən yayılan statistikaya şübhə ilə yanaşaraq, zəlzələ nəticəsində dəymiş zərərin qat-qat artıq olduğunu bəyan ediblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG