Accessibility links

Qaradərili Amerikanın durumu [Video]


Ağdərili həmyaşıdlarından fərqli olaraq, afrikalı amerikalıların işsiz qalmaq ehtimalları statistik baxımdan daha yüksəkdir.

Milli Şəhər Liqası bu ilki “Qaradərili Amerikanın Vəziyyəti” hesabatını “iki millətin hekayəsi” adlandırıb. Qrupun martın əvvəli dərc olunan illik hesabatı bərabərlik indeksində afrikalı amerikalıların təhsil, iqtisadiyyat, səhiyyə, sosial ədalət və vətəndaş cəmiyyətində iştirak kimi sahələrldə ağrədili amerikalılarla bərabərlikləri sadəcə 72 faiz təşkil edir. Bruklində yerləşən Medqar Evers Kollecinin müəllim və tələbələri bu bərabərsizliyi yaxından araşdırırlar.

Araşdırmada bir narahatedici fakt qeyd edilib ki, eyni təhsilə malik olan qaradərililərin işsizlik səviyyələri ağdərililərlə müqayisədə cox yüksəkdir

Tələbələrin 90 faizini qaradərililər təşkil edən Medqar Evers Kollecində zəhmətkeş tələbələr dərəcə tələblərini yerinə yetirirlər. Milli Şəhər Liqasının Qaradərili Amerikanın vəziyyəti adlı hesabatına əsasən, ağdərili həmyaşıdlarından fərqli olaraq, ümumilikdə afrikalı amerikalıların işsiz qalmaq ehtimalları statistik baxımdan daha yüksəkdir.

Orta məktəbi bitirmə və universitetə qəbul olma hallarının artmasına baxmayaraq, ölkənin yeddi ən böyük şəhərində qaradərililərin işsizlik səviyyəsi 20 faizə qədər təşkil edir. Hazırki bütün ölkə üzrə işsizlik səviyyəsi isə 5,5 faizdir.

“Sözdə tənəzzül artıq bitib, amma ölkənin bir çox şəhər icmalarında tənəzzül hələ də davam edir”.

Milli Şəhər Liqasının prezidenti Mark Morial araşdırmanın təhsillə işsizliyi əlaqələndirdiyini bildirir. O, riyaziyyat və oxumaq üzrə ölkə boyu qaradərililər və ağlar arasındakı 36% bilik fərqini vurğulayaraq, bunun gələcək bərabərsizliyin göstəricisi olduğunu deyir.

“Birləşmiş Ştatlar bu fərqləri qapatmalıdır - nailiyyət fərqini, işsizlik fərqini ləğv etməlidir, çünki bu, 21-ci əsrdə Amerikanın iqtisadi rəqabət gücü üçün vacibdir”.

Hesabatın açılış mərasiminin keçirildiyi Medqar Ever Kolleci məzunlarının iş yerlərinə hazır olmalarını təmin etmək üçün tədbir xarakterli addımlar atır.

Prezident Rudi Kru.

“Biz daha çox karyera yarmarkasından tutmuş şəbəkə yaratmağa yönəlmiş tədbirlərə qədər fəaliyyətlər təşkil edirik ki, bunlar təkcə istədiyin karyeraya sahib olmağa deyil, istədiyin işə qəbul olmağa da kömək edir”.

O, araşdırmanın nəticələrinə təəcüblənmədiyini amma məyus olduğunu deyir.

Sözdə tənəzzül artıq bitib, amma ölkənin bir çox şəhər icmalarında tənəzzül hələ də davam edir

“Qaradərililər iş bazarında çətinliklərlə üzləşirlər. Mən orta məktəbi şərqi Nyu-Yorkda - Bruklində oxumuşam, ona görə də mənim bir çox dostum mənimlə fərəhlənir, çünki mən çoxlarından fərqli olaraq universitetdə oxuyuram. İndi isə mən artıq universitetin sonuncu kursundayam və magistraturada hüquq oxumağa hazırlaşıram”.

Lakin, Şəhər Liqasının araşdırmasında hələ də əmək qərəzinin mövcud olduğu bildirilir.

“Araşdırmada bir narahatedici fakt qeyd edilib ki, eyni təhsilə malik olan qaradərililərin işsizlik səviyyələri ağdərililərlə müqayisədə cox yüksəkdir. İnsanlar məndən bunu səbəbin soruşurlar. Mən isə düşünürəm ki, bunun səbəbi əmək bazarında müəyyən dərəcədə təcrid və diskriminasiyanın mövcudluğudur”.

Buna görə, Primo deyir ki, iş yerində eyni vəzifəyə malik olmaq üçün o, ikiqat artıq işləməlidir.

XS
SM
MD
LG