Accessibility links

Azər Qasımlı: Azərbaycana ən böyük təhlükə Rusiyadan gələ bilər [Audio-Müsahibə]


Azər Qasımlı: Azərbaycana ən böyük təhlükə Rusiya tərəfindən gələ bilər
please wait

No media source currently available

0:00 0:11:23 0:00

REAL hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı Azərbaycanda son həbslərə münasibət bildirib.Onun sözlərinə görə, bu tipli həbslər gözlənilirdi. Belə ki, dünya bazarlarında neftin qiymətinin düşməsi ilə iqtisadiyyatının 80 faizi neft və neflə bağlı sahələrdən gəldiyi Azərbaycanda iqtisadiyyat zəifləyib.

Politoloq korrupsiyanın güclü olduğu Azərbaycanda siyasi elita arasınsa problemlər yaşanacağının gözlənilən olduğunu bildirib.

Azər Qasımlı bəzi nazirliklərdə təmizləmə işləri aparılacağı, işdən çıxarılmalar və həbslərin proqnozlaşdırıldığını diqqətə çatdırıb. Lakin onu təəccübləndirən məsələ bunun Milli Təhlükəsizlik Nazirliyində baş verməsi olub.

Hakimiyyətin təzyiq elementi kimi istifadə etdiyi MTN ləğv edilməlidir.

REAL hərəkatının idarə heyətinin üzvü ölkədə milli təhlükəsizlik sisteminin necə formalaşdırılmasından danışarkən hərəkatın daha əvvəl bir proqram qəbul etdiyini, bu proqramda təhlükəsizlik sektoru ilə bağlı fikirlərin açıqlandığını deyib.

Azər Qasımlı Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinə ehtiyac olmadığını hesab edir. Onun fikrincə, kəşfiyyat və əks-kəşfiyyat kimi bilavasitə prezidentə tabe olan iki idarəyə ehtiyac var. O bildirib ki, hakimiyyətin təzyiq elementi kimi istifadə etdiyi MTN ləğv edilməlidir.

İŞİD kimi qruplar və digər xarici təhdidlərə Azərbaycanın reaksiyasına gəldikdə isə politoloq bu təhdidlərə çox da əhəmiyyət verilməməsini vurğulayıb. Onun dediyinə görə, İŞİD-in sıralarına azərbaycanlıların da qoşulmasına baxmayaraq, Azərbaycan çalışmalıdır ki, İŞİD kimi qruplar bu ölkədə özünə tərəfdar tapmasın. O, insanları 21-ci əsrin fəlsəfəsinə uyğun gəlməyən qruplardan qorumaq üçün onların rifah hallarının yaxşılaşdırılması, işsizlik probleminin həlli və ölkə daxilində ədalət prinsiplərin bərqərar edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycana ən böyük təhlükə Rusiyadan gələ bilər

Rusiyanın hazırkı MDB məkanındakı siyasəti nəzərə alınmaqla Azərbaycanın Rusiya ilə təhlükəsizlik əlaqələrini necə qurması ilə bağlı suala cavabda Azər Qasımlı ölkəsinin Rusiyanı qıcıqlandırmadan Qərbə inteqrasiyasının önəmindən danışıb. O, Azərbaycanın Rusiya ilə üzunmüddətli əlaqələrinin bir anda qırılmasının qeyri-mümkünlüyünü önə çəksə də, Azərbaycanın xarici siyasət vektorunun Avro-Atlantik məkana istiqamət almasını vacib sayır.

Politoloq Azərbaycanın Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığına ehtiyac olmadığını, əksinə, Azərbaycana ən böyük təhlükənin Rusiyadan gələ biləcəyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG