Accessibility links

Çində ən yüksək sürətli qatar istifadəyə verilib


Bu gün Çində dünyanın ən uzun və yüksək sürətli qatarı fəaliyyətə başlayıb.

2298 kilometr məsafəni qət edəcək Pekin-Quanqzu marşrutunda ilk qatar paytaxtdan yerli vaxtla səhər saat 9-da çıxacaq. İkinci qatar isə bir saat sonra Quanqzudan yola düşəcək.

Yeni marşrutda işləyəcək qatar saatda 300 kilometr sürətlə gedəcək. Yeni qatar səyahət vaxtını 20 saatdan 8 saata azaldacaq.

Çin hökuməti 2020-ci ilədək dörd şərq-qərb və dörd şimal-cənub yüksək sürətli qatar şəbəkəsi inşa etməyi nəzərdə tutub.
XS
SM
MD
LG