Accessibility links

Dünya futbol təşkilatı FİFA-nın alt komitəsi bildirib ki, 2022-ci ildə Qətərdə təşkil ediləcək Dünya Çempionatı noyabr ayının sonundan dekabrın sonunadək keçirilməlidir.

FİFA komitəsi hava şəraiti və digər beynəlxalq hadisələri nəzərə alaraq bu vaxt ən münasib zaman hesab edib.

Turnir adətən iyun və iyul aylarında keçirilsə də, yay aylarında adətən Qətərdə 40 dərəcə selsi temperatur qeydə alınır.

Başqa bir təklif isə çempionatın keçirilmə müddətinin qısaldılmasıdır. Asiya Futbol Konfederasiyasının rəhbəri Şeyx Salman Bin İbrahim Əl-Xəlifə deyib ki, söhbət cəmi bir neçə günlük qısaltmadan gedir.

FİFA-nın İcraiyyə Komitəsi gələn ay keçiriləcək iclasında təklifləri nəzərdən keçirərək son qərarını verəcək.

XS
SM
MD
LG