Accessibility links

Amsterdam-Paris qatarında hücum


3 nəfər yaralanıb

Cümə günü bir silahlı şəxs Amsterdamdan Parisə gedən qatarda atəş açaraq, üç nəfəri yaralayıb və daha sonra üçü amerikalı olmaqla, bir neçə sərnişin onu zəbt etməyə nail olub.

Fransa rəsmiləri silahlıı şəxsin məqsədinin bilinmədiyini deyirlər, lakin istintaqı anti-terrorizm polisi davam etdirir. Polis sihahlı şəxsi Mərakeş əsilli 26 yaşlı gənc olduğunu müəyyən edib və onun üzərində AK-47 tüfəngi, tapanca və kəsici alətlərin olduğunu bildirib.

Fransanın daxili işlər naziri Bernard Kazenöv deyib ki, şübhəli şəxs Fransanın şimalındakı Arras şəhərində yerləşən dəmiryolu vağzalında saxlanılıb.

Kazanöv mətbuat konfransı zamanı silahlı şəxsin qarşısını almağa üç ABŞ vətəndaşının kömək etdiyini və onlardan birinin xəsarət aldığını bildirib.

Onlardan biri universitet tələbəsi Antoni Sadler, biri Hava Qüvvələri qulluqçusu Spenser Ston, digəri isə Milli Keşikçi Alek Skarlatosdur. Ston hücum zamanı bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.

Hücum Thalys şirkəti tərəfindən idarə olunan yüksək sürətli qatarda baş verib. Hücum zamanı 554 sərnişini olan qatar Belçikadan keçib.

Belçika baş naziri Çarlz Mişel bu hadisəni qinayaraq, “terrorçu hücumu" adlandırıb. O, Fransa prezidenti Fransua Ollandla birgə instintaq üzərində işlədiklərini deyib.

XS
SM
MD
LG