Accessibility links

Həmid Karzay Qətərdən vətəninə qayıdıb


Əfqanıstan prezidenti Həmid Karzay Qətərdə Talibanın siyasi ofisinin açılışı ilə Əfqanıstanda sülhün bərqərar edilməsi ümidi ilə müzakirələr keçirib.

İkigünlük rəsmi səfəri çərçivəsində o, əmir Şeyx Həməd Bin Xəlifə də daxil edilməklə, Qətərin bir sıra rəsmiləri ilə görüşüb.

Prezidenti Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul və Ali Sülh Şurasının rəhbəri Səlahuddin Rəbbani müşayiət edir.

Karzay uzun zamandır Talibanla sülh prosesinin əfqanlar tərəfindən başlanacağını söyləyirdi. Əfqanıstanın dövlət başçısı Talibanın hər hansısa xarici bir qüvvə ilə müzakilər keçirməsinin əleyhinədir.

Prezident Talibanla danışıqların bir halda, Əl-Qaidə ilə əlaqələrini kəsdikdə mümkünülüyünü deyib.

BMT Karzayın Qətərə səfərini alqışlayaraq, Talibanı müzakirələr masası arxasına keçməyə çağırıb.
XS
SM
MD
LG