Accessibility links

Qətərdə “kafala” iş sistemi problem olaraq qalır [Video]


Amnesty International-ın bildirdiyinə görə, Qətərdə 2022-ci ildə Futbol üzrə Dünya Çempionatının keçiriləcəyi stadionun tikintisində miqrantlar məcburi işlədilir. Qrup işçilərin iş sahibləri tərəfindən sistematik şəkildə təzyiqlərə məruz qaldığını deyir.

Amnesty İnternational təşkilatı Xəlifə stadionunun tikintisində çalışan çoxu Banqladeş, Hindistan və Nepaldan olan 130-dan çox işçi ilə keçirdiyi müsahibə əsasında hesabat hazırlayıb.

Onlar beynəlxalq hüquq qaydalarına zidd olaraq, pis iş və yaşayış şəraitinin olduğunu deyirlər.

Müsahibələr aktyorlar tərəfindən səsləndirilib. “Maaş ayda 200 dollardır. Bu heç mənim yaşayışıma çatmır, Mən hələ ailəmə də pul göndərməliyəm.”

İşçilərin çoxu ölkələrində işçi qüvvəsi toplayanlara 4300 dollardan çox pul verməli olduqlarını deyirlər. Çoxu maaşlarının vəd edildiyindən az, bəzən isə heç verilmədiyini deyir. İşçilər şikayət etdikdə isə onlara ya deportasiya ediləcəyi, ya da maaşlarının verilməyəcəyi bildirilir. “Əgər mən işimi itirsəm, onlar məni ölkədən atacaq. Lakin mənim hələ də borcum çoxdur.”

Amnesty keçən il vəziyyətin bir az düzəldiyini desə də, Qətərin “kafala” adlanan iş sistemi hələ də başlıca problem olaraq qalır. “Bu sistem işçilər üzərində nəzarəti çox artırır. İş sahibləri işçini işdən azad edə və ya ölkədən çıxara bilər.”

Qətər əmək haqqının müdafiəsi də daxil edilməklə, miqrantların iş vəziyyətini yaxşılaşdırmaq yolunda çalışdığına iddia edir. Lakin Amnesty bu yolda kifayət qədər iş görülmədiyini və dünyada futbola nəzarət edən qurum - FİFA-nın da bu məsələ ilə bağlı fikrini söyləməli olduğunu deyir.

FİFA da öz növbəsində insan haqlarına ciddi yanaşdığını və bu problemin həlli yolunda Qətərlə birlikdə işlədiyini deyir. Hazırda Dünya Kuboku layihəsində 5 minə qədər miqrantın çalışdığı, gələn iki ildə bu rəqəmin 36 minə çatacağı deyilir.

XS
SM
MD
LG