Accessibility links

Qətar əmiri vəzifəsini oğluna təhvil verdi


Qətər əmiri Şeyx Həmad Bin Xəlifə Əl-Səni hakimiyyətdən gedərək, vəzifəsini 33 yaşlı oğlu şahzadə Şeyx Tamimə təhvil verib.

61 yaşlı əmir bu barədə açıqlamanı bu gün dövlət televiziyası ilə çıxışı zamanı verib. O, hökumətin başına yeni nəslin gəlməsinin vaxtının çatdığını deyib.

Şeyx Tamim bundan əvvəl də hökumət işlərini apardığı üçün xarici məsələlərdə böyük dəyişikliklər gözlənilmir.

Şeyx Həmad Bin Xəlifə Əl-Səni hakimiyyətə 1995-ci ildən, öz doğma atasını qan tökülmədən deviurdikdən sonra gəlib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG