Accessibility links

Qatarla avtobus toqquşub, 6 nəfər ölüb, 40 nəfər yaralanıb


Qatarla avtobus toqquşub(Foto Yeni Müsavat qəzetinindir)

Qatarla avtobus toqquşub(Foto Yeni Müsavat qəzetinindir)

Hadisənin şahidləri ölənlərin sayının daha çox olduğunu deyir. Şahidlərin sözlərinə görə, sürətlə hərəkət edən qatar avtobusu dəmir yol keçidinin üzərində orta hissəsindən vurub və sürüyüb

Avqustun 31-də səhər saatlarında Bakı şəhəri Lökbatan qəsəbəsində dəmir yolu keçidində “Ağstafa-Bakı” marşrutu ilə hərəkət edən sərnişin qatarı ilə marşrut avtobusu toqquşub.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, ilkin məlumata əsasən, 6 nəfər hadisə yerində ölüb, 40 nəfərdən çox insan yaralanıb.
Xilasedicilər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə cəsədləri və yaralıları, habelə insan bədəninin fraqmentlərini ağır deformasiyaya uğramış nəqliyyat vasitəsindən və digər yerlərdən müvafiq qaydada götürərək aidiyyəti üzrə təhvil verib, habelə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımov Amerikanın Səsi radiosuna bildirib ki, baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 262-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma), 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi qaldırılıb. Hazırda hadisə yerində araşdırma aparılır.
Hadisənin şahidləri ölənlərin sayının daha çox olduğunu deyir. Şahidlərin sözlərinə görə, sürətlə hərəkət edən qatar avtobusu dəmir yol keçidinin üzərində orta hissəsindən vurub və avtobusu sürüyüb.
XS
SM
MD
LG