Accessibility links

Xaricə gedən qatarlarda kişi bələdçilər qadınlarla əvəzlənir


Qatarda bələbçi qadın
Qatarda bələbçi qadın

Kişilər buna etiraz edir

Yanvarın 10-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin binası qarşısında kişi qatar bələdçiləri etiraz aksiyası keçib.

Yerli medianın məlumatına görə, aksiyaya xarici marşrutlar üzrə işləyən qatarladan kişi bələdçilərin başqa işlərə keçirilməsidir. Bələdçilər xəbərdarlıq edilmədən işdən çıxarılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasına etiraz edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, kişi bələdçilərə digər işlər təklif olunur, lakin onlar bununla razılaşmır.

“Dəmiryol Nəqliyyatında Sərnişindaşımalar Departamentinin qərarına əsasən bütün beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda kişi bələdçilər qadınlarla əvəz olunacaq”.

Qatarda otaq
Qatarda otaq
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AzNews.az saytına bildiriblər ki, son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsinin daha da yüksəltmək, qatarlarda qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində ləngimə hallarının qarşısını almaq məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi aparılır. “Bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər”.

Məlumatda o da qeyd olunub ki, artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Köçərli, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar: “Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur.

Bu qatarda çalışan kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında öz fəaliyyətlərini davam etdirəcəklər. Bir faktı da qeyd edək ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əmək haqqı beynəlxalq istiqamətdə çalışanların əmək haqqından yüksəkdir.

Bununla yanaşı, mətbuat xidməti yerli istiqamətlərdə işləyən qatarlardakı bələdçilərin taleyinin necə olacağı barədə məlumat vermir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG