Accessibility links

Qaz kəməri partlayıb


Kəmərdə partlayış
Kəmərdə partlayış

Partlayış Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçay rayonu ərazisindən keçən hissəsində baş verib

Yanvarın 11-də Azərbaycanın (Bakıdan 200 kilometr qərbdə) Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçay rayonu ərazisindən keçən hissəsində partlayış baş verib.

Regonal Kanal S televiziyasının məlumatına görə, partlayış diametri 1000 mm. olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən hissəsində qeydə alınıb. Köhnə qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş verib. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb. Dağlıq ərazidə alovun 100 metrdən çox yüksəyə qalxdığı üçün ətraf rayonlardan aydın müşahidə edilib.

Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub.

Partlayış baş verən ərazinin yüksəklikdə yerləşməsi və yolların qarlı-buzlu olması texnikanın hadisə yerinə cəlb olunmasında böyük problemlər yaradıb. Bu səbəbdən alovun qarşısının alınmasında çətinlik yaranıb. Hadisə əhalinin qazla təmin olunmasında fasilələr yaratmayıb.

“Azəriqaz” İB-nin məlumatına görə, qaz nəqli yardımçı xəttə keçirilib. Tətbiq edilən məhdudiyyətlər Gürcüstana qaz nəqlinə təsir göstərməyib. Hazırda ərazidə bərpa işləri aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG