Accessibility links

Avropanın beş dövləti Azərbaycan və Xəzər regionundan qaz qəbuluna hazırlaşır


Qaz kəmərləri
Qaz kəmərləri

Çernoqoriya, Albaniya, Bosniya və Herseqovina, Xorvatiya Transadriatik və İon-Adriatik qaz kəmərlərinin inşasında əməkdaşlığa dair memorandum imzalayıb

Çernoqoriya, Albaniya, Bosniya və Herseqovina, Xorvatiya Transadriatik və İon-Adriatik qaz kəmərlərinin inşasında əməkdaşlığa dair memorandum imzalayıb

Çernoqoriya, Albaniya, Bosniya və Herseqovina, Xorvatiya Transadriatik (Trans Adriatic Pipeline, TAP) və İon-Adriatik (Ionian Adriatic Pipeline, IAP) qaz kəmərlərinin inşasında əməkdaşlığa və bir-birinə dəstəyə dair qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Bu barədə “RİA Novosti” agentliyi Çernoqoriya Xarici İşlər Nazirliyinin məlumatına istinadən bildirir.

Memorandum cümə axşamı Tiranada imzalanıb. Tərəflər qaz kəmərlərinin inşasına dair layihələrin inkişafına, maliyyələşdirilməsinə və həyata keçirilməsinə yardım göstərmək, həmçinin Azərbaycandan və Xəzər regionundan qaz qəbulu üçün daxili bazarı hazırlamaq barədə razılığa gəliblər.

“İştirakçı dövlətlər TAP və İAP layihələrini tam dəstəklədiklərini bildiriblər, Avropaya qaz nəqlinin diversifikasiyası və təhlükəsizliyi üzrə Avropa İttifaqının məqsədlərini təsdiqləyiblər”, - məlumatda deyilir.

Çernoqoriya XİN qeyd edir ki, TAP qazın Xəzər regionundan Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin Yunanıstanı, Albaniyanı birləşdirəcəyi və Adriatik dənizi vasitəsilə İtaliyanın Apuliya regionuna çıxacağı planlaşdırılır.

Uzunluğu 530 km. olan İAP mahiyyətcə Transadriatik boru kəmərinin qolu olacaq. Təxmini dəyəri 610,5 milyon avrodur. Kəmər Çernoqoriya, Bosniya və Herseqovina ərazisi ilə Albaniyanın Fieri və Xorvatiyanın Split şəhərlərini birləşdirməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG