Accessibility links

İsrail Qəzzanın cənub bölgələrini yenidən atəşə tutub


İsrail Qəzzanın cənub bölgələrini yenidən atəşə tutub. Səhiyyə işçilərinin bildirdiyinə görə, Rəfahda fələstinlilərin sığınacağına qarşı hücum 10 adamın ölümü, 35-nin yaralanması ilə nəticələnib.

Hücum İsrailin 23 yaşlı əsgərinin öldürüldüyünü təsdiq etməsindən sonra həyata keçirilib.

İsrailin baş naziri Benyamin Netanyahu Həmasa xəbərdarlıq verərək, özünü müdafiədə İsrailin qabiliyyətini sula altına almamağa çağırıb. Baş nazir deyib ki, tunellərin məhvi missiyası sona çatanadək İsrail əməliyyatları dayandırmayacaq.

Münaqişə hər iki tərəfə baha baş gəlir. Çoxsaylı İsrail əsgəri və yüzlərlə fələstinli həlak olub.

İsrailin Qəzzaya qarşı son əməliyyatları nəticəsində əksəriyyəti mülki əhali olmaqla 1600 fələstinli öldürülüb. İsrail tərəfi isə 64 əsgər və 3 mülki vətəndaşını itirib.

XS
SM
MD
LG