Accessibility links

Qazaxıstan vəd etdiyi mətbuat azadlığına dair islahatlara əməl etməyib


Qazaxıstan vəd etdiyi mətbuat azadlığına dair islahatlara əməl etməyib

Qazaxıstan vəd etdiyi mətbuat azadlığına dair islahatlara əməl etməyib

Ötən il ölkə internetə nəzarət barədə yeni qanunu təsdiqləməklə söz azadlığını məhdudlaşdırıb

Mətbuat hüquqları qrupu bildirib ki, Qazaxıstan vəd etdiyi mətbuat azadlığına dair islahatlara əməl etməyib. Qərərgahı Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin bu gün açıqladığı hesabatda deyilir ki, Qazaxıstan diffamasiya haqda qanunu ləğv etmək haqda vədini yerinə yetirmədiyini bildirib. Qrup eyni zamanda bildirib ki, ötən il ölkə internetə nəzarət barədə yeni qanunu təsdiqləməklə söz azadlığını məhdudlaşdırıb. Associated Press agentliyi məlumat verib ki, hökumət bu iddiaları əsassız hesab edərək, mətbuat azadlığına dair danışıqlara hazır olduğunu bildirib. Jurnalistləri Müdafiə Komitəsi Qazaxıstanı həbsə alınmış müxbiri azadlığa buraxmağa və vəd edilmiş islahatları təsdiqləməyə çağırıb. Komitə eyni zamanda, Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatı ATƏT-in liderlərini dekabr ayında Qazaxıstanın paytaxtında keçiriləcək zirvə görüşündə ölkədə mətbuat azadlığının durumunu müzakirə etməsini istəyib.

XS
SM
MD
LG