Accessibility links

Qazaxıstan uzun sürən danışıqlardan sonra Ümumdünya Ticarət Təşkilatına üzv olub. Təşkilatın məlumatına görə, Orta Asiyada ən böyük ölkə olan Qazaxıstan artıq noyabrın 30-dan təşkilatın tam hüquqlu üzvü kimi qəbul edilib.

Qazaxıstanın təşkilata qoşulması barədə ilkin razılaşma 2015-ci il iyunun 22-də işçi qrupun iclasında əldə edilib, 27-də isə Ali Şura tərəfindən tam təsdiqlənib.

Tərəflər 1996-cı ildən bu yana danışıqlar aparsa da, proses Qazaxıstanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya ittifaqına qoşulmasına görə bir neçə dəfə əngəllənmişdi.

XS
SM
MD
LG