Accessibility links

Qazaxıstan parlamenti Nazarbayevi rəsmən "ümummilli lider" etdi


Parlamentin yuxarı palatası bu gün Konstitusiyaya əlavə və dəyişiklikləri qəbul edib

Qazaxıstan qanunvericiləri prezident Nursultan Nazarbayevə ömürlük siyasi səlahiyyət verən qanun layihəsinə səs veriblər. Parlamentin yuxarı palatası bu gün Konstitusiyaya əlavə və dəyişiklikləri qəbul edib. Qəbul olunan qanun cənab Nazarbayevi rəsmən “ümummilli lider” kimi tanıyır və onu mühakimədən azad edir. Qanun artıq aşağı palatada qəbul olunub və indi onu prezident Nazarbayev imzalamalıdır. Cənab Nazarbayev Qazaxıstanda 1991-ci ildə Sovet İttifaqı dağılandan bəri hakimiyyətdədir. Qanun layihəsinə görə, “ümummilli lider” nəzarət altına alına, həbs edilə və ya axtarıla bilməz. Qanun habelə cənab Nazarbayev və onun ailəsinin mülklərini də qoruyur.

XS
SM
MD
LG