Accessibility links

Qazaxıstan prezidentinin və paytaxt şəhərin birgə ad günü keçirildi


Qazaxıstan prezidentinin və paytaxt şəhərin birgə ad günü keçirildi
Qazaxıstan prezidentinin və paytaxt şəhərin birgə ad günü keçirildi

Nursultan Nazarbayevin bu gün 70 yaşı oldu. Bu gün eyni zamanda Astananın rəsmən ildönümüdür

Qazaxıstan uzun müddətli prezidentinin və onun paytaxt şəhərinin birlikdə ad gününü keçirdi. 1991-ci ildən Sovet İttifaqı dövründən ölkəyə başçılıq edən Prezident Nursultan Nazarbayevin bu gün 70 yaşı oldu. Bu gün eyni zamanda Qazaxıstanın paytaxt şəhəri olan Astananın rəsmən ildönümüdür. Cənab Nazarbayev 1997-ci ildə hökuməti bu şəhərə köçürüb və bu kiçik şəhəri inkişaf etdirmək üçün işlər görüb. İldönümünü keçirmək üçün cənab Nazarbayev paytaxtda yeniliklər edib. Bu yeniliklərə nəhəng çadır şəhərcik çimərliyi, mini-qolf kursları və süni su arxları daxildir. Britaniya memarlar şirkəti tərəfindən layihələşdirilmiş bu çadır 150 metr hündürlükdə maili sütunun köməyi ilə dayanıb. Çadırın şəffaf plastik örtüyü gün işığını içəri keçirir, lakin eyni zamanda qonaqları Qazaxıstanın ekstremal havasından qoruyur.

XS
SM
MD
LG