Accessibility links

Azərbaycan və Qazaxıstan regional təhlükəsizlik məsələlərini müzakirə edib


Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Qazaxıstanın müdafiə naziri Serik Axmetov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Qazaxıstanın müdafiə naziri Serik Axmetov

Qazaxıstanla Azərbaycan iqtisadi, siyasi, hərbi sahədə yaxın mövqedən çıxış etməklə yanaşı, Xəzər dənizi məsələsində də vacib tərəfdaşdır

Qazaxıstanın müdafiə naziri Serik Axmetov Azərbaycanda səfərdədir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla nazir Serik Axmetovun görüşündə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər, hər iki dövlətlətin regional təhlükəsizliyi məsələləri müzakirə olunub.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Həsənov Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu, problemin beynəlxalq hüquq normalarına uyğun həllinə nail olunmasının vacibliyini bildirib.

Qazaxıstanın müdafiə naziri isə Qazaxıstanla Azərbaycanın iqtisadi, siyasi, hərbi sahədə yaxın mövqedən çıxış etməsilə yanaşı, Xəzər dənizi məsələsində də vacib tərəfdaş olduqlarını qeyd edib.
XS
SM
MD
LG