Accessibility links

Qazaxıstanda dinə dair sərt qanun qəbul edildi


Qazaxıstanda dinə dair sərt qanun qəbul edildi
Qazaxıstanda dinə dair sərt qanun qəbul edildi

Qazaxıstan parlamentinin yuxarı palatası dini fəaliyyətə dair sərt yeni qanun qəbul edib. Ölçünün tərəfdarları onun dini ekstremizmə qarşı mübarizədə effektiv olacağını deyir, əleyhdarlar isə qanunu din azadlığına zərbə kimi qiymətləndirirlər.

Ölçünün tezliklə prezident Nursultan Nazarbayev tərəfindən imzalanacağı gözlənilir. Qanun layihəsinin təşəbbüskarı da məhz prezident olub.

Yeni qanun dövlət təsisatlarında ibadət otaqlarını qadağan edəcək, və hazırda mövcud olan dini qrupları yenidən dövlət qeydiyyatından keçməyə məcbur edəcək.

16.5 milyon əhalisi olan Qazaxıstanda vətəndaşların 70 faizi müsəlmandır.

XS
SM
MD
LG