Accessibility links

Türkiyənin Suriya ilə sərhədə yaxın Qazientep şəhərində keçirilən toy mərasimində bomba partlayışı həyata keçirilib. Nəticədə 51 adam ölüb, 90-dan çox insan yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Şahidlərin dediyinə görə, qonaqların rəqs etdiyi vaxt intiharçı üzərində daşıdığı bombanı işə salıb.

Ölənlər arasında uşaqlar, bəy və gəlin də var.

Hücum bu il Türkiyədə həyata keçirilən ən dəhşətli hadisə hesab edilir.

Şəhər sakini İbrahim Özdəmir insanların şok yaşadığını bildirib.

“Dostlarımız, qonşularımız burada idi. Biz qırğınlara son qoyulmasını istəyirik.“

Hücumdan dərhal sonra baş nazir müavini Mehmet Şinşek təmsil etdiyi şəhərin hadisə yerinə gedib. “Terrorun məqsədi insanları qorxutmaqdır. Biz bona you verməyəcəyik”-deyə o bildirib.

Prezident Recep Tayyip Erdoğan partlayışı törədənin 12 ilə 14 yaşında uşaq olduğunu bildirərək, hücuma görə İŞİD-i günahlandırıb.

Müxalif HDP (Xalqların Demokratik Partiyası) bildirib ki, partlayış partiya üzvlərinin toy mərasimində törədilib.

XS
SM
MD
LG