Accessibility links

Qazprom Belarusa qaz nəqlini bərpa etdi


Rusiya təbii qaz monopoliyasının rəhbəri Aleksey Miller deyib ki, Minsk 200 milyon dollara yaxın qaz borcunu ödədikdən sonra Belarusa qaz nəqlini əvvəlki normaya qaytarır

Rusiya ilə Belarus arasında qaz nəqlininnin ödənişi üzərində mubahisə həll olunmaq üzrədir. Yeganə fikir ayrılığı Moskvanın Minskə qaz tranzitinə görə nə qədər borcu olmasındadır. Bu gün Rusiya təbii qaz monopoliyasının rəhbəri Aleksey Miller deyib ki, Minsk 200 milyon dollara yaxın qaz borcunu ödədikdən sonra Belarusa qaz nəqlini əvvəlki normaya qaytarır. Bir gün əvvəl Rusiya Belarusa qaz nəqlinin yarıdan çoxunu kəsmişdi. Belarus Enerji Nazirinin sözçüsü, Lyudmila Zenkoviç bu gün deyib ki, qaz tranzitinə görə Belarus Qazpromdan 228 million dollar alıb. Belarus daha öncə demişdi ki, Qazprom ona, qaz tranzitinə görə 260 milion dollar borcludur. Rusiya tərəfi bunu inkar edir. Belarus bu gün Rusiya qazının ödənilməmiş məbləği dəyərində qaz axınını azaldacağına dair xəbərdarlıq edib . Avropa Birliyi üzvləri, Litva və Polşa bu gün normal həcmdə qaz qəbul etdiklərini bildiriblər. Dünən hər iki ölkə, Rusiya qazının Belarus vasitəsi ilə nəqlinin azaldığını bildirmişdi.

XS
SM
MD
LG