Accessibility links

İyunun 19-da Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində Qazprombank və Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR Azərbaycanda yüksək sıxlıqlı polipropilen və polietilen qurğularının tikintisinin maliyyələşdirilməsi haqqında saziş imzalayıb.

Qazprombank-ın saytında yer alan məlumata görə, sazişi Qazprombank rəhbəri Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar. Kreditin məbləği 489 mln. dollar, müddəti 10 il təşkil edəcək.

“Biz SOCAR qrupu ilə uzunmüddətli strateji tərəfdaşlıq niyyətindəyik və SOCAR Polymer layihəsinin maliyyələşdirilməsinə əməkdaşlığın növbəti mərhələsi kimi baxırıq”, deyən Akimov sövdələşmənin Qazprombank-ın SOCAR-ın digər investisiya layihələrində də iştirakına imkan verəcəyinə ümid etdiyini deyib.

Xatırladaq ki, SOCAR Polymer SOCAR, Pasha Holding, Gilan Holding və Azərsun Holding tərəfindən təsis edilmiş birgə şirkətdir.

Polipropilen istehsal edən müəssisə Sumqayıtda İtaliya şirkətləri ilə birgə tikiləcək.

350 milyon avro dəyəri olan layihə aprelin 15-də Bakıda təsdiq edilib. Müəssisə ildə 180 min ton polipropilen istehsal edəcək. Müəssisə 2018-ci ildə tam gücü ilə fəaliyyət göstərməlidir və ölkənin plastmass tələbatının 30%-ni təmin edəcək.

XS
SM
MD
LG