Accessibility links

Qazprombank ARDNŞ-ə 420 milyon dollar kredit ayırır


ARDNŞ prezidenti Rövnəq Abdullayev “Qazprombank”ın sədri Andrey Akimov
ARDNŞ prezidenti Rövnəq Abdullayev “Qazprombank”ın sədri Andrey Akimov

Rusiyanin “Qazprombank” ASC-I ARDNŞ-nin layihəsinə 420 mln dollar kredit ayıracaq. Bu barədə bu gün razılıq əldə edilib.

ARDNŞ-nin mətbuat xidmətinin məlumatına görə dekabrın 13-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Rusiyanın “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Andrey Akimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdən sonra ARDNŞ ilə “Qazprombank” Açıq Səhmdar Cəmiyyəti arasında Sumqaylt Kimya Sənaye Parkında həyata keçirilən SOCAR POLYMER layihəsi üçün kreditin verilməsi üzrə Əsas Şərtlər Toplusu imzalanıb.

Sənəddə deyilir ki, ildə 200 min ton polipropilen və 120 min ton polietilen istehsalı məqsədi ilə həyata keçirilən bu layihəyə “Qazprombank” ASC tərəfindən 420 mln dollar kredit ayrılması haqqında qərar qəbul olunub.

“Qazprombank” ASC İH-nin sədri Andrey Akimov bildirib ki, SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb. 10 il müddətinə və zəmanət tələb edilmədən verilən bu kredit Azərbaycana, onun neft-qaz sektorunun lokomotivi olan SOCAR-a bəslənilən inamın və etimadın bariz göstəricisidir. Tədbirdə həmçinin o da qeyd olunub ki, “Qazprombank” ASC tərəfindən SOCAR üçün 2 milyard dollar həcmində kredit limiti açılmışdır.

XS
SM
MD
LG