Accessibility links

Qəzvin vilayətinin Takistan şəhərində yerləşən “Qəzvin Polad” zavodunun işdən çıxardığı 145 fəhlə gecikmiş maaşlarını almağa və hüquqlarının təmin olunmasına çalışırlar.

Bu haqda İLNA (Iranian Labour News Agency) agentliyi məlumat yayıb.

İLNA-nın məlumatına istinadən, zavod 25 işçisini bu yaxınlarda, 120 işçini isə may ayında işdən çıxarıb.

Qəzvin Polad zavodu çalışdırdığı əməkçilərlə bir ay müddətinə müqavilələr imzalayır. İLNA-nın bildirdiyinə görə, işdən çıxarılmamış fəhlələr də hər ayın əvvəli işdən çıxarılmaq təhlükəsi qarşısında qalırlar.

Xəbər agentliyinə danışan fəhlələr həm hazırda zavodda çalışanlar, həm də işdən çıxarılmış 145 əməkçinin əlavə iş saatlarının keçən ilin avqust ayından bəri ödənilmədiyini bildiriblər.

XS
SM
MD
LG