Accessibility links

İsrail Qəzza zolağında yaraqlılara qarşı hücumları üçüncü gündür ki, davam etdirir.

İsrail ölümcül hava hücumlarının Qəzza zolağından edilən hücumların qarşısını almaq məqsədi ilə edildiyini deyir.

Bombalar bir neçə hədəfə düşüb. Hücumlar nəticəsində Qəzza şəhərində avtomobildə üç nəfər, Xan Yunis şəhərində isə binada səkkiz nəfər həlak olub.

İsrail hərbiçiləri bir gecədə 300-dən çox, çərşənbə axşamı günündən bəri isə 750 hədəfi vurub. Hava hücumları nəticəsində 74 fələstinli həlak olub.

Qəzzadan atılan raketlər İsrailin mərkəzi və cənubunun bir hissəsinə düşərək insanların narahatlığına səbəb olub. Ciddi dağıntılar haqda məlumat verilmir.

Hərbiçilər İsrailin raketdən müdafiə sisteminin Qəzzadan 60 kilometr şimalda yerləşən İsrailin ən böyük şəhəri olan Tel Aviv üzərində azı bir raket zərərləşdirdiyini deyib. Sistem Fələstin ərazisinin şərqində digər bir raketi də zərərləşdirib.

BMT-nin baş katibi Ban Gi Mun vəziyyətlə əlaqədar təcili görüş keçirəcək.

ABŞ dövlət katibi Amerikanın İsralin özünü Həmasın raket hücumlarından qoruması haqqı ilə zorakılqıların aradan qaldırılmasına çalışdığını deyib. Pekində Çin rəsmiləri ilə görüşü zamanı Kerri deyib ki, Yaxın Şərq təhlükəli dönəmdən keçir.

O, heç bir ölkənin raket hücumlarını qəbul etməyəcəyini bildirib. Dövlət katibi İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla mümkün sülh yollarını müzakirə etdiyini bəyan edib.

XS
SM
MD
LG