Accessibility links

Qahirədə İsrail və Fələstin nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib


Qəzza zolağında 72 saatlıq atəşkəsin ikinci günü İsrail və Həmasın nümayəndə heyətləri atəşkəsin vaxtını uzadmaq istiqamətində Qahirədə danışıqlar aparıb. Müzakirələrin nə ilə nəticələndiyi barədə açıqlama verilmir.

Fələstinlilərin nümayəndə heyətinin rəhbəri Əzzəm Əl-Əhməd deyib ki, israilli və fələstinli nümayəndələr arasında razılığın təminat altına alınmasına Misir və Birləşmiş Ştatlar cavabdehdir.

İsrail ordusu Həmasın hücumlar həyata keçirdiyi 32 tunelin hər birini müvəffəqiyyətlə dağıtdıqdan sonra Qəzza zolağından qoşunlarını çıxarıb.

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Qəzzaya qarşı əməliyyatlarını müdafiə edərək, İsrailin Həmasın hücumlarına cavabının ədalətli olduğunu deyib.

Müharibənin dayanmasından istifadə edərək Qəzza sakinləri viran qalmış evlərinə qayıdıb. Bir çox məhəllə tanınmaz vəziyyətdədir.

1800-dən çox fələstinlinin həyatına son qoyan bir aylıq döyüşlərdən sonra bu, ən uzunmüddətli atəşkəsdir. Döyüşlər zamanı 3-ü mülkü vətəndaş olmaqla, 67 israilli ölüb.

XS
SM
MD
LG