Accessibility links

Human Rights Watch: Müəmmar Qəzzafinin onlarla tərəfdarı öldürülüb


Human Rights Watch-un bildirdiyinə görə, ötən il Müəmmar Qəzzafinin ələ keçirilib öldürülməsindən sonra onun onlarla tərəfdarı qətlə yetirilib.

2011-ci ilin oktyabr ayının 20-də Qəzzafinin ölümündən sonra onun Sirt şəhərini tərk etməıyə cəhd edən tərəfdarları yerli silahlı qruplaşmaların hücumuna məruz qalmışdı. İnsan haqları təşkilatının hesabatında deyilir ki, Qəzzafinin vəhşicəsinə döyülən döyüşçülərinin 66-ı yaxınlıqdakı mehmanxanaların birində qətlə yetirilib.

Human Rights Watch bildirir ki, Qəzzafinin qətlinə dair çağırışlara baxmayaraq, Liviyada indiyədək heç bir istintaq aparılmayıb.

Təşkilatın hesabatı foto-şəkillər,videolar və müsahibələrə əsasən hazırlanıb.
XS
SM
MD
LG