Accessibility links

Qubad İbadoğlu: Azərbaycana gələn iraqlıların sayı 30, BƏƏ vətəndaşlarının sayı 22 dəfə artıb


Ötən il əvvəlki illə müqayisədə Azərbaycana gələn İraq vətəndaşlarının sayı 30 dəfə, Birləşmiş Ərəb Əmirliklər vətəndaşlarının sayı 22 dəfə artıb. Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu Satatistika Komitəsinin rəsmi rəqəmlərinə istinadən Facebook səhifəsində yazıb.

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Onun statusunda deyilir:

Dövlət Statistika Komitəsi məlumat yayıb ki, 2016-cı ildə ölkəmizə gəlmiş əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2 milyon 248,8 min nəfər olub. Ölkəyə gələn tursitlərin sayı ölkə əhalisinin 22,7 faizini təşkil edib. Halbuki ötən il Gürcüstana 6 350 825 xarici turist gəlib, bu isə ölkə əhalisinin sayından çoxdur.

Maraqlı məqamlardan biri də odur ki, 2016-cı ildə Azərbaycandan Gürcüstana 1 523 075 turist səfər edib. Bu da əvvəlki illə müqayisədə 9,3% çoxdur.
Ötən il Azərbaycanda müşahidə olunan turist artımı əsasən şərq ölkələrinin və qonşu dövlətlərin, əsasən də Rusiya və Gürcüstanın hesabına baş verib.

Diqqət edin, ötən il əvvəlki illə müqayisədə Azərbaycana gələn İraq vətəndaşlarının sayı 30 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2 faiz, Misir vətəndaşlarının sayı 51,8 faiz, Çin vətəndaşlarının sayı 44,5 faiz artıb. Bununla yanaşı, ötən ildə Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6 faiz azalıb.

Bütövlükdə götürəndə ölkəmizə səfər edənlərin 33,1 faizi Rusiya Federasiyası, 22,5 faizi Gürcüstan, 14,0 faizi Türkiyə, 11,1 faizi İran, 19,3 faizi isə digər ölkələrin vətəndaşları olub.

XS
SM
MD
LG