Accessibility links

Ərəstun Oruclu: Rusiya RLS-i tam işlək vəziyyətdə Azərbaycana təhvil verməlidir [Audio]


Ərəstun Oruclu: Azərbaycan və Ermənistan sülhə hazır deyil

Ərəstun Oruclu: Azərbaycan və Ermənistan sülhə hazır deyil

Politoloqun fikrincə Rusiya ekoloji ziyana görə yerli əhaliyə kompensasiya ödəməlidir


“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində Qəbələ RLS-lə bağlı Azərbaycan və Rusiya komissiyasının birgə fəaliyyəti ilə bağlı gözləntilərdən danışıb.


Onun fikrincə, Rusiyanın icarə müqaviləsinin vaxtının uzadılmaması barədə notasından sonra Azərbaycan stansiyanın təhlükəsizliyi ilə bağlı tədbirləri üzərinə götürməl idi. Çünki burada Azərbaycanın mülkiyyətində olan çox qiymətli cihazlar, müdafiə sistemləri, proqram təminatları var.

Ekspert hesab edir ki, Rusiya RLS-i tam işlək vəziyyətdə Azərbyacana təhvil verməlidir.
“Beynəlxalq hüquq normalarına görə, Rusiya RLS-i Azərbaycana tam işlək, proqram təminatlı və ekoloji ziyanlarla bağlı yerli əhaliyə kompensasiya verməklə təhvil verməlidir”, o qeyd edib.

RLS-in gələcək taleyi barədə danışarkən ekspert qeyd edib ki, Azərbaycan stansiyanı gələcəkdə NATO ölkələri, ilk növbədə Türkiyə və daha yaxşı halda Amerika ilə birgə istifadə edə bilər.

“İlk öncə, Azərbaycan rəsmiləri RLS-in tam ləğv ediləcəyini deyir. Bu bəyanatlara baxmayaraq birgə istifadə məsləsi də gündəlikdən çıxmayıb. RLS-dən birgə istifadə üçün Azərbaycan ilk öncə NATO-ya üzvlüklə bağlı müsbət rəyini bildirməlidir”, politoloq bildirib.
XS
SM
MD
LG