Accessibility links

Qəbələ RLS-lə bağlı razılıq əldə edilməyib


Qəbələ RLS-lə bağlı razılıq əldə edilməyib

Qəbələ RLS-lə bağlı razılıq əldə edilməyib

Bakı RLS-in illik icarə haqqını 7 milyondan 300 milyon dollaradək qaldırıb

Azərbaycan və Rusiya arasında Qəbələ RLS-in icarəsinə dair sazişin uzadılması barədə danışıqlar dalana dirənib. Bu, Bakının icarə haqqını ildə $7 mln.-dan $300 mln.-a qaldırdıqdan sonra baş verib. Bu barədə Moskvanın “Kommersant” qəzeti məlumat yayıb. Fevralın ortalarında Moskvada iki ölkə nümayəndə heyətinin danışıqları keçirilib. Rusiya Müdafiə Nazirliyindəki mənbə görüşün nəticələri haqda məlumat verib. Fevralda son danışıqlar zamanı Bakı gözlənilmədən $300 mln. istəyib, dekabrda isə 150 mln. dollar istəmişdi. Bundan əvvəl isə söhbət cəmi 15 mln. dollardan gedirdi. Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib. Bu il Azərbaycan və RF arasında 2000-ciildə bağlanmış Qəbələ RLS-in istifadəsinə dair sazişçin onillik müddəti bitir. Sazişin şərtlərinə əsasən, əgər yarım il ərzində tərəflərdən heç biri razılaşmanı pozmaq niyyətində olduğunu bəyan etməsə, saziş avtomatik olaraq üç il müddətinə uzadılır. Növbəti yarım il iyunun 9-da bitir. Moskva sazişi 25 il müddətinə uzatmaq istəyir. Ötən ilin noyabrında Azərbaycan və RF müdafiə nazirləri Səfər Əbiyevlə Anatoli Serdyukovun görüşündən sonra rusiyalı nazir bildirmişdi ki, tərəflər maliyyə məsələsindən başqa bütün məsələlər üzrə razılığa gəlib. Məhz o zaman Moskva ildə 15 mln. dolları verməkdən imtina etmişdi. Bakını razı salmaq və ya təsir göstərmək cədləri ona gətirib çıxardı ki, üç ay ərzində icarə haqqının qiyməti 150, indi isə 300 dollara kimi qaldırıldı. RF Müdafiə Nazirliyi bu məbləğin azaldılmasına nail olmaq niyyətindədir, əgər baş tutmasa, Qəbələ RLS-dən imtina edəcək. Lakin moskvalı ekspertlər qeyd edirlər ki, Qəbələdən çıxmaq Rusiya üçün mühüm problemlər yaradacaq. Qəbələ RLS-i Armavirdəki yeni stansiya qismən əvəzləyə bilər, lakin onun ikinci seqmentini işə salmaq lazımdır. Eyni zamanda NATO ölkələri, ilk növbədə ABŞ və Türkiyə Qəbələyə gələ bilər. O zaman Moskva nəinki Vaşinqtonla RƏM üzrə danışıqlarda “kozırlarından” birini itirə bilər, həm də İrana qarşı hərbi əməliyyatların aparılmasına yardım göstərə biləcək stansiyanı amerikalılara verəcək. Qəzetin ekspertləri Bakının mövqeyinin sərtləşməsinin səbəblərindən baş aça bilmirlər, bunu Transxəzər qaz kəməri və ya “Şahdəniz” yatağından qaz amili ilə əlaqələndirirlər.
Turan Agentliyi Azərbaycan Xarici İşlər Nazirliyindən və Prezident Administrasiyasından məqalə ilə şərh almaq cəhdləri nəticə verməyib. Lakin. rəsmi dairələrə yaxın mənbə Turana bildirib ki, çox güman ki, Bakının mövqeyinin sərtləşməsinin səbəbi Qarabağ nizamlanmasında irəliləyişin olmaması ilə bağlıdır. Son dörd ildə dövlət başçısı İlham Əliyev Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan prezidenti ilə görüşlərdə fəal iştirak edib. Lakin bu danışıqlar nəticəsiz qalıb. Bununla əlaqədar Bakının rəsmi dairələrində belə fikir yaranıb ki, Moskva problemin həllinə yardım etməyə cəhd göstərdiyinə Azərbaycanı inandırmaq üçün pis oyun oynayır. Əslində, Moskva vaxtı uzadaraq bundan ötrü real səy göstərmir. Həmçinin, Bakıda ehtimal olunur ki, bütün bunlar qəsdən Dmitri Medvedyevin hakimiyyəti dövründə edilir ki, belə təəssürat yaransın ki, guya Putindən fərqli olaraq Medvedyev həqiqətən nizamlanmanı istəyir. Lakin, Putinin hakimiyyətə qayıdışı ilə Bakı nümayiş etdirir ki, onu aldatmağa imkan verməyəcək.

XS
SM
MD
LG