Accessibility links

Qəbələdə eramızdan əvvəl 4-cü minilliyə aid abidə aşkarlanıb


Qəbələdə eramızdan əvvəl 4-cü minilliyə aid abidə aşkarlanıb

Qəbələdə eramızdan əvvəl 4-cü minilliyə aid abidə aşkarlanıb

Bu Mamaylı-Qaş abidəsi həm bir yaşayış yeri, həm də nekropollar kimi 6-7 min illik bir dövrün tərəqqi və tənəzzülü mərhələlərini izləməyə imkan verir.

AMEA-nin Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Qəbələ hava limanının ərazisində arxeoloji xilasetmə işləri aparıblar.

Arxeoloq Nəsib Muxtarov bildirib ki, ərazidən müstəsna elmi əhəmiyyətə malik bir abidə aşkar edilib. Onun sözlərinə görə, bu abidə e.ə 4-cü minilliyin ikinci yarısına aid Leylatəpə mədəniyyətinin təsdiqi olan abidədir. Abidə Leylatəpə - Uruk mədəniyyətinin səciyyəvi cəhətləri və yayılma arealının öyrənilməsi üçün yeni istiqamətlər açıb. Maraqlıdır ki, bu Mamaylı-Qaş abidəsi həm bir yaşayış yeri, həm də nekropollar kimi 6-7 min illik bir dövrün tərəqqi və tənəzzülü mərhələlərini izləməyə imkan verir. Abidə Şimali-Qərbi Azərbaycanda və bütövlükdə regionda hələlik ilk və yeganədir.

XS
SM
MD
LG