Accessibility links

Yaxın günlərdə xüsusi qrup yaradılacaq və bu qrup Qəbələ RLS-in inventarının necə çıxarılacağı məsələsini həll edəcək

Yaxın günlərdə Qəbələ RLS-in təhvil-təslimi və inventarın daşınması ilə bağlı xüsusi komissiya yaradılacaq. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün jurmnalistlərin sualının cavabında deyib.

“Yaxın günlərdə xüsusi qrup yaradılacaq və bu qrup Qəbələ RLS-in inventarının necə çıxarılacağı məsələsini həll edəcək”, o qeyd edib.

Nazir RLS-in gələcək taleyilə bağlı fikir söyləməyib və bunun vaxtından əvvəl olduğunu deyib.

ELS-in üçüncü tərəfə icarəyə verilməsinin mümkünlüyünə gəlincə, cənab Məmmədyarov kiminsə onu icarəyə götürmək istəyində olmasına şübhə ilə yanaşıb və əlavə edib ki, hələlik heç kim belə marağının olduğunu bildirməyib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bildirib ki, Rusiya tərəfi Qəbələ RLS-dən öz avadanlıqlarını çıxardıqdan sonra obyektin təhvil-qəbul prosesi başlayacaq.
XS
SM
MD
LG