Accessibility links

Vəfa Quluzadə: Qəbələ RLS-dən imtina Rusiyada maliyyə və iqtisadi böhranın ağır nəticələridir [Video]


Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzdə ilə Qəbələ RLS barədə müsahibə
please wait

No media source currently available

0:00 0:07:05 0:00

Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzdə ilə Qəbələ RLS barədə müsahibə

Politoloq RLS-lə bağlı Azərbaycan-Rusiya danışıqlarının bərpa ediləcəyinə inanmır

Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzdə Rusiyanın Qəbələ RLS-dən imtina etməsini bu ölkənin geosiyasi məğlubiyyəti kimi qiymətləndirib.

“Rusiya artıq böyük dövlət deyil və sərhədlərindən kənarda belə hərbi obyektləri saxlamaq ona lazım deyil. RLS-dən imtina Rusiyada maliyyə və iqtisadi böhranın ağır nəticələridir”, o qeyd edib.

Politoloqun fikrincə, Rusiya həm də Amerikanın əsgəri qüdrətinin qarşısında rəqabət dözəcək gücdə olmadığını anlayır. “Rusiya Azərbaycandan Amerikanın əleyhinə olan radar sistemindən imtina etdi. Görünür əvəzində Amerika Rusiyaya yönəlik raketlər yerləşdirməyəcək”, cənab Quluzadə bildirib.

O RLS-lə bağlı Azərbaycan-Rusiya danışıqlarının bərpa ediləcəyinə inanmır.

“2006-cı ilədn artıq Rusiyanın RLS-dən imtina edəcəyi Azərbaycana bəlli idi. Bu səbəbdən də Qəbələ turist zonası elan edildi və istirahət zonaları inşa edilməyə başlandı”, politoloq bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG