Accessibility links

Xələf Xələfov: Qəbələ RLS-in təhvil-təslimi ilə bağlı komissiyanın işi başa çatıb


Qəbələ RLS

Qəbələ RLS

Təhvil-təslim iki mərhələdən ibarətdir: birinci mərhələ inventarizasiyası, ikinci mərhələ tam təhvil-təslim işidir

Qəbələ RLS-in təhvil-təslimi ilə bağlı komissiyalar çərçivəsində işlər başa çatıb. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib.

Təhvil-təslim iki mərhələdən ibarətdir: birinci mərhələ inventarizasiyası, ikinci mərhələ tam təhvil-təslim işidir. Həmçinin Rusiyaya məxsus əmlakın daşınması, bu stansiyada çalışan heyətin nümayəndələrinin, onların ailə üzvlərinin getməsi məsələlərinin həlli də nəzərdə tutulur.

X.Xələfovun sözlərinə görə, Azərbaycan tərəfindən bütün lazım olan tədbirlər həyata keçirilib, təhvil-təslim ilə bağlı bütün sənədlər rəsmiləşdirilib və stansiya artıq fəaliyyətini tam dayandırıb.

Nazir müavini qeyd edib ki, danışıqlar Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun şəkildə baş tutub, heç bir fikir ayrılığı yoxdur, bütün məsələlər operativ surətdə öz həllini tapıb. “Hazırda Rusiya tərəfindən göndərilən təyyarələrlə daşınma prosesini həyata keçiririk və bütün lazımi tədbirləri görürük”, - o vurğulayıb.

Xatırladaq ki, Bakı və Moskva icarə haqqının yüksək olması səbəbindən RLS-in işinin uzadılması barədə razılığa gəlməyiblər.

Bakı bu stansiyadan təyinatı üzrə istifadə etməyi planlaşdırmır və çox güman ki, söküləcək. Qeyri-rəsmi məlumatlara görə, həmin ərazidə qolf-klub inşa ediləcək.
XS
SM
MD
LG