Accessibility links

AXCP fəalına 25 sutka həbs cəzası verilib


Qədim Bəkirov
Qədim Bəkirov

Avqustun 19-da Bakının Suraxanı rayon Mәhkәmәsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Qədim Bəkirov inzibati qaydada 25 sutka azadlıqdan məhrum edilib. O, polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb. Bu barədə AXCP Gənclər Komitəsi məlumat yayıb.

Qədim Bəkirov
Qədim Bəkirov

AXCP Suraxanı şöbәsinin fәalı ‪Qədim Bəkirov avqustun 18-də Suraxanı rayonu ərazisində polis tərəfindən saxlanılıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı dünən AXCP-nin iki fəalının saxlandığını bildirib. “Bu həbslər siyasidir və referendum qabağı insanların gözünü qorxutmaq məqsədi daşıyır”, o qeyd edib.

Digər AXCP fəalı Fuad Əhmədli isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun nədə günahlandırılması ilə bağlı hələ məlumat verilmir.

XS
SM
MD
LG