Accessibility links

Qənimət Zahidin qohumlarının məhkəməsində vəsatətlər təmin edilməyib [Video]


Məhkəmə baxışı fevralın 26-na təyin edilib

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə Rüfət və Rövşən Zahidovların cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı fevralın 26-sı saat 14-də təyin edilib.

Rüfət Zahidov hazırda mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan Saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə əmisi oğludur.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Rövşən Zahidova öncə Şamaxı rayon Məhkəməsi polisə müqavimət ittihhamı ilə inzibati qaydada 25 sutka həbs verib. Sonra onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-qabaqcadan əlbir olan bir qrup şəxs təəfindən törədildikdə) və daha sonra isə 234.4.3 maddələsi (külli miqdarda törədildikdə) ilə ittiham irəli sürülüb. İttihamlar sübut olunarsa hər iki şəxsi 5 ildən 12 ilədək həbs gözləyir.

Qənimət Zahid qohumlarının həbsini siyasi sifariş hesab edir.

Bu günkü hazırlıq iclasında vəkil Tahir Xanəliyev Rövşən və Rüfət Zahidovların həbsinin Qənimət Zahidlə bağlı olduğunu deyib. Onun sözlərinə görə, qardaşı və əmisi oğlunu həbs etməklə jurnalistə təsir etmək istəyiblər.

“Polis Rövşən Zahidovu 2015-ci il iyulun 20-də Şamaxıya çağırıb. Onun özü avtobusla Şamaxıya gəlib. Şamaxıda soruşublar ki, Qənimət Zahidovun qohumusan? Bundan sonra saxlayıb polis şöbəsinə aparıblar. Saxlandıqdan bir neçə saat sonra Şamaxı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov ona təzyiq edərək iltizam alıb. Sonra Şamaxı rayon Məhkməməsi polisə müqavimət ittihamı ilə inzibarti qaydada 25 sutka həbs verib. Rövşən Zahidovu təkadamlıq kamerada saxlayıblar, ailə üzvləri ilə ünsiyyətə imkan verilməyib. O sonra Bakıya gətirilib və Səbael rayon Polis İdarəsində təzyiqə məruz qalıb”, vəkil qeyd edib.

O, Şamaxı və Səbael polisində alınan iltizamların sübutlar siyahısından çıxarılması, həbs qətimkan tədbirinin dəyişdirilməsi, Şamaxı rayon Polis Şöbəsinin rəisinin, müstəntiqin şahid qismində məhkəməyə dəvət edilməsi, həbs və Rövşən Zahidovun evində aparılan axtarış zamanı qanun pozuntularının öyrənilməsi, onun ailəsi ilə ünsiyyətə icazə verilməməsi, vəkilin Şamaxı Məhkəməsinin qərarından apellyasiya şikayətinin 16 gün gecikdirilməsinin sbəbələrinin araşdırırlması barədə vəsatətlər qaldırıb.

Dövlət ittihamçısı həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətin təmin edilməməsini və digər vəsatətlərin məhkəmə baxışı zamanı baxılmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib və məhkəmə baxışını fevralın 26-na təyin edib.

XS
SM
MD
LG