Accessibility links

Qənimət Zahidin qardaşı oğlu və əmisi oğlunun məhkəməsi başlayıb [Video]


Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə Rüfət və Rövşən Zahidovların cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Rüfət Zahidov hazırda mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan Saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə əmisi oğludur.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-qabaqcadan əlbir olan bir qrup şəxs təəfindən törədildikdə) və 234.4.3 maddələri (külli miqdarda törədildikdə) ilə ittiham olunur. İttihamlar sübut olunsda hər iki şəxsi 5 ildən 12 ilədək həbs gözləyir.

İtiiham aktı təqsirləndirlən şəxslərə və müdafiəçilərə təqdim edilmədiyindən hazırlıq iclası fevrakln 23-ü saat 11-dək təxirə salınıb.

Qənimət Zahid qohumlarının həbsini siyasi sifariş hesab edir.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə müsahibəsində ittihamların ibtidai istintaqda sübut olunmadığını və Zahidovların tam günahsız olduğunu bildirib.

Show comments

XS
SM
MD
LG