Accessibility links

Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Saatı” televiziya proqramının rəhbəri, “Azadlıq” qəzetinin Fransada mühacirətdə olan baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun işi haqqında məhkəmə istintaqı başlayıb.

Onun hər iki qohumu 2014-cü ilin iyulunda həbs olunub. Əvvəlcə inzibati qaydada həbs ediliblər, sonradan isə bir qrup şəxs tərəfindən böyük həcmdə narkotik maddələrin qanunsuz dövriyyəsində Cinayət Məcəlləsinin (234.4.1 və 234.4.3-cü maddələri) ittham olunublar.

Onları 5 ildən 12 ilədək həbs gözləyir. Bu il fevralın 26-da keçirilən məhkəmə iclası zamanı elan edilən ittiham aktına əsasən Rüfət Zahidov Bakıda saxlanılarkən üzərindən 5 qram heroin götürülüb. Lakin Rüfət Zahidov bildirib ki, saxlanıldığı gün səhərdən izlənildiyini hiss edib. Maşınını park etdiyi “Şəki” kafesinin yaxınlığında 7-8 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb və dərhal üzərinə narkotik atıb. Sonradan əlinə qandal taxaraq, DDaxili İşlər NazirliyininBaş Narkotiklərə qarşı Mübarizə İdarəsinə aparıblar. O, istintaqın iyulun 18-də digər təqsirləndirilən şəxsə – Rövşən Zahidova narkotik paketi verdiyi haqqında iddiasını da təkzib edib. “Mən Rövşənlə il yarımdır görüşmürdüm”, o bildirib.

Lakin polis idarəsində onu digər qohumların həbsi ilə hədələyərək, etirafedici ifadələri imzalamağa məcbur ediblər.

“Narkotiklərə qarşı mübarizə idarəsində mənim sifarişlə həbs olunduğumu gizlətmirdilər. Onlar mənə dedilər ki, əmilərim Mirzə Sakit və Qənimət Zahidi də həbs ediblər və onların üstünə də narkotik atılacaq”, deyə Rövşən Zahidov bildirib.

Saxlanıldığı gün ona zən ediblər və o da işə gedib. Orada 4 nəfər ona yaxınlaşıb, onu saxlayıb maşına mindiriblər və polisə aparıblar.

“Mənə dedilər ki, Qənimətə görə həbs olunmuşam. O olmasaydı, əziyyət çəkməzdim”, deyə Rövşən Zahidov bildirib.

Növbəti proses martın 18-nə təyin edilib. Hər iki təqsirləndirilən şəxsin vəkilləri cinayət işinin saxtalaşdırıldığını bildirirlər.

XS
SM
MD
LG