Accessibility links

Qeorqi Baramadze : Bizim evimiz Avropadır


Qeorqi Baramadze : Bizim evimiz Avropadır
Qeorqi Baramadze : Bizim evimiz Avropadır

Gürcüstanın baş nazir müavini Qeorqi Baramadze dünən ABŞ paytaxtında NATO-nun Çikaqoda keçiriləcək sammitində Gürcüstanın quruma üzvlüyü məsələsinə aydınlıq gətiriləcəyini deyib. Con Hopkins universitetində təşkil edilən qeyri-rəsmi görüşdə cənab Baramadze bildirib ki, Gürcüstan əhalisinin 77 faizi Gürcüstanın NATO-ya üzv olmasının tərəfdarıdır. O, Gürcüstanın üzvlük üçün bütün standartlara cavab verdiyini deyib. “Biz Gürcüstanın NATO-ya üzvlük tələblərinin digər ölkələrlə müqayisədə daha yüksək olduğunu bilirik. Bu tələblərə cavab vermək üçün hər bir işi görməyə hazırıq”-deyə Gürcüstanın baş nazir müavini bildirib. Baramidze bundan əlavə Gürcüstanda həyata keçirilən islahatların üzlüyə əsas verdiyini deyib. O, iqtisadi islahatlar və korrupsiya ilə mübarizə səylərini diqqətə çatdırıb. Qeorqi Baramadze deyib ki, son 13 ildə Gürcüstan əhalisinin yalnız 2 faizi rüşvət ödədiyini etiraf edib. O, bütün bu səylər çərçivəsində Gürcüstanın ən az korrupsiyalaşmış ölkələr siyahısında üçüncü yer aldığını vurğulayıb. “Bizim evimiz Avropadır. Biz Avropanın bir hissəsi olmaq istəyirik ”-deyə Baramadze bildirib.

XS
SM
MD
LG