Accessibility links

Qərb və Afrika arasında Zimbabve seçkilərilə bağlı fikir ayrılıqları artır



Cənubi Afrika prezidenti Ceykob Zuma Qərb ölkələrinin hökumətləri və Zimbabve müxalifətinin prezident seçkisi ilə bağlı narahatlıqlarını bildirməsinə baxmayaraq, Robert Muqabeni yenidən seçilməsi münasibətilə təbrik edib.

Rəsmi nəticələr keçən həftənin çərşənbə günü keçrilmiş seçkilərdə cənab Muqabenin səslərin 61, onun uzun zamandır siyasi rəqibi, Baş nazir Morqan Tsvangiyarın isə 34 faizini aldığını göstərir.

Bazar günü açıqladığı bəyanatda Cənubi Afrika prezidenti Ceykob Zuma cənab Muqabeyə təbriklərini çatdırıb və Zimbabvenin siyasi partiyalarını səsvermənin nəticələrini “xalqın iradəsinin ifadəsi olaraq” qəbul etməyə çağırıb.

Bunun əksi olaraq, Qərb ölkələri Zimbabve seçkiləri, xüsusilə də seçicilərin qeydiyyatdan keçməsi prosesi ilə bağlı narahatlığını ifadə edib. Yerli müşahidəçilər minlərlə insanın səs verə biləməsinin qarşısının alınması üçün seçicilərin qeydiyyatdan keçməsi prosesində pozuntularla bağlı məlumat verib.

ABŞ Dövlət katibi Con Kerri Birləmiş Ştatların səsvermənin açıqlanmış nəticələrinin Zimbabve xalqının iradəsini ifadə etdiyinə inanmadığını bildirib.

Avstraliyanın Xarici İşlər naziri Bob Karr yenidən səsvermə keçirilməsinə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG