Accessibility links

"Qərb Bakıya güclü mesaj göndərməlidir" [Video]


"Qərb Bakıya güclü mesaj göndərməlidir"
please wait

No media source currently available

0:00 0:03:50 0:00

"Qərb Bakıya güclü mesaj göndərməlidir"

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya Proqramının koordinatoru Nina Oqnianova Amerikanın Səsinə müsahibə verib

Dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi davam edən Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın 9 il azadlıqdan məhrum edilməsini istəyib. Jurnalistin həbsi bir çox beynəlxalq təşkilatların tənqidləri ilə üzləşir. Bu təşkilatlardan biri də Jurnalistləri Müdafiə Komitəsidir. Qurumun Avropa və Orta Asiya Proqramı üzrə koordinator Nina Oqnianova Amerikanın Səsinə Skype müsahibəsində Azərbaycanda həbsdə olan jurnalistlərin qeyd-şərtsiz sərbəst buraxılmasına çağırıb. Onun müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Jurnalistləri müdafiə komitəsi Azərbaycanda jurnalistlərin saxlanması bvə həbsi ilə bağlı bir-birinin ardınca bəyanatlar açıqlayıb. Hazırda Bakıda Xədicə İsmayılovanın məhkəmə prosesi davam edir. Ona bu günlərdə hökm oxunmalıdır. Xədicənin işi ilə bağlı sizin təşkilatınızın mövqeyi nədən ibarətdir?

Nina Oqnianova: Biz dəfələrlə demişik ki, bu məhkəmə prosesi ədalətin tam məsxərəsidir. Biz bunu ədalətli məhkəmə prosesi və istintaqı kimi qəbul etmirik və Xədicə İsmayılovanın qeyd-şərtsiz dərhal azad olunmasına çağırırıq. Xədicə İsmayılovanın peşəkar jurnalist kimi fəaliyyəti, korrupsiya araşdırması, eləcə də Azərbaycandakı digər siyasi məhbuslarla bağlı fəallığına görə həbs edilməsi təkcə Jurnaslitləri Müdafiə Komitəsi deyil, beynəlxalq insan haqları ictimaiyyəti tərəfindən qəbul edilən bir faktdır. Daha öncə də dediyim kimi, o, dərhal qeyd-şərtsiz azad olunmalıdır və ona qarşı irəli sürülən bütün ittihamlar ləğv edilməlidir.

Amerikanın Səsi: Belə görünür ki, Azərbaycan rəsmiləri hökumətin tənqidçilərini həbs etməkdə eskalasiyaya üstünlük verib. Buraya mükafat laureatı Xədicə İsmayıl da daxildir. Sizcə Azərbaycanın basqıları azaltması üçün Qərb hökumətləri yetərli təzyiq göstərirmi?

Nina Oqnianova: Siz doğru qeyd etdiniz ki, ifadə, mətbuat azadlığı və ümumiyyətlə insan haqlarına qarşı bu cür təqib, hətta Azərbaycan kimi avtoritar ölkələr üçün də görünməmiş bir haldır. Azərbaycanda mətbuat azadlığı heç bir zaman mükəmməl olmayıb, amma son bir neçə ildə ifadə azadlığına qarşı təqib misli görünməmiş bir səviyyəyə çatıb. Təbii ki, rəsmi Azərbaycanın həm Vaşinqton, həm də Brusseldə güclü lobbisi var. Ancaq hətta beynəlxalq insan haqları təşkilatları bu təqiblərə qarşı yekdil çıxış etməsinə baxmayaraq, həm ABŞ, həm də Avropada rəsmi liderlər və siyasətçilər Əliyev hökümətinə təzyiqləri artırmalıdır. Onlar rəsmi Bakı ilə ikitərəfli danışıqlarda siyasi məhbusların, əsasən də hazırda Azərbaycanda həbsdə olan jurnalistlərin azad olunma məsələsini prioritet məsələ etməlidirlər. Onlar Bakıya güclü mesaj göndərməlidirlər ki, əgər bu jurnalistlər azad olunmasa, Azərbaycanla ənənəvi münasibətlər kəsiləcək.

Amerikanın Səsi: Hazırda Azərbaycanda medianın durumunu necə dəyərləndirərdiniz?

Nina Oqnianova: Dediyim kimi, son bir neçə ildə Azərbaycanda fəaliyyət göstərən müstəqil QHT və media qurumlarının tam məhvi baş verib. Burada ciddi repressiyalar var. Beynəlxalq icma yekdil olaraq səylərini Azərbaycanda ifadə və media azadlığının vəziyyətinin normallaşdırılmasına yönəltməlidir.

Amerikanın Səsi: Xədicənin ailə üzvləri ilə, anası ilə əlaqə yaratmaq imkanınız olubmu? Xədicənin işində digərləri ilə bağlı narahatlığınız varmı?

Nina Oqnianova: Bilirsiniz, ailə ilə əlaqə saxlamaq olduqca çətindir, çünki Azərbaycandakı repressiyanın dərəcəsi o qədər yüksəkdir ki, beynəlxalq ictimaiyyətin ölkədəki çox az sayda müstəqil insanlarla əlaqə saxlaması onları təhlükəyə ata bilər. Təbii ki, bizim Xədicənin Azərbaycandakı sabiq həmkarları və ailəsinə mesajımızı çatdırmaq üçün müəyyən yollarımız var. Ancaq biz Azərbaycana birbaşa zəng etməyə çəkinirik, çünki bir sıra hadisə ilə rastlaşmışıq və belə hallarda həbsdə və ya mühacirətdə olan jurnalistlərin ailələrinə qarşı təzyiqlər olub. Bu isə hazırda Azərbaycandakı təqiblərin nə dərəcədə olduğunun başqa bir göstəricisidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG