Accessibility links

Qərbi Azərbaycanda peyk antennalarına qarşı polis reydləri


Iranian Police Removes Satellite Dishes in Azerbaijani regions

Iranian Police Removes Satellite Dishes in Azerbaijani regions

İran polisinin Qərbi Azərbaycan vilayətində evlərdən peyk antennalarının toplanıb müsadirə edilməsi kampaniyasına başladığı bildirilir. “Ötən günlərdə polis mərmurları Qərbi Azərbaycanın Üşnü (Üşnəviyyə) şəhərinin məhəllələrində evlərə hücum edərək, əhalinin istifadə etdiyi peyk antennalarını toplayıb müsadirə ediblər. İcazəsiz evlərə girən polis qüvvələrinin əhaliyə qarşı güc tətbiq etdiyi halları müşahidə edilib,”-deyə AZOH veb səhifəsi məlumat yayıb.

Üşnü şəhəri əhalisinin əksəriyyəti sünni azlığa mənsub etnik Azərbaycan kürdlərindən ibarətdir.

İran qanunları vətəndaşların peyk antennalarından istifadə etməsini yasaqlamasına baxmayaraq, ölkənin bir çox bölgələri, xususilə də Azərbaycan şəhərləri və kəndlərində əhali peyk vasitəsi ilə xarici televiziya kanallarına tamaşa edir.

Bəzi İran millətçiləri İran Azərbaycanında uşaqların peyk vasitəsi ilə Türkiyə kanallarının yayımladığı filmlər vasitəsilə türk dilini öyrənməsini “ölkənin milli təhlükəsizliyinə qarşı təhdid” kimi dəyərləndirib, məsulların bununla bağlı ölçü götürməsini istəyirlər.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG