Accessibility links

Azərbaycan sərhədləri – mövcud durum [Video-Müsahibə]


Qərib Məmmədov: Rusiya ilə sərhədlərin demorkasiya məsələlərini həll edəcəyik.
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Qərib Məmmədov: Rusiya ilə sərhədlərin demorkasiya məsələlərini həll edəcəyik.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Rusiya, Gürcüstan və İranla sərhədləri ilə bağlı danışıb.

Sual: Azərbaycanın Rusiya ilə sərhədlərinin delimitasiyası məsələsi nə yerdədir?

Biz Rusiya ilə delimitasiya məsələsini həll etmişik.
Cavab: 2011-ci ildə ölkə prezidenti cənab İlham Əliyev və Rusiya prezidenti cənab Medvedev arasında sərhəd müqaviləsi imzalandı. O müqavilə ilə Azərbaycan-Rusiya sərhədi təsdiqləndi. Bu günlərdə Rusiyadan dəvət almışıq. Mayın 13-dən 17-dək Moskva şəhərində olacağıq, sənədlə, xəritə ilə öyrəndiyimiz sərhədlərin demorkasiya məsələlərini həll edəcəyik.

Demorkasiya mərz nişanlarının yerə bərkidilməsidir. Yəni Rusiya ilə Azərbaycan sərhədlərində mərz nişanları bərkidiləcək. Rusiya ilə Azərbaycan arasında sərhədin uzunluğu 390 kilometrdir. Biz bunun artıq delimitasiya məsələsini həll etmişik. Demorkasiya məsələsini isə səfərimiz zamanı Moskvada həll edəcəyik.

Sual: Gürcüstanla sərhədlərin delimitasiyasında nə yeniliklər var?

Qalan 180 kilometrin razılaşdırılması üçün ekspertlər işləyir.
Cavab: Gürcüstanla Azərbaycan arasında sərhədin uzunluğu 480 kilometrdir. Təxminən sərhədlərin 300 kilometri razılaşdırılıb. Qalan 180 kilometrin razılaşdırılması üçün ekspertlər işləyir. Dövlətlərarası komissiyanın razılaşdırılmasına verilmək üçün bütün məsələlər hazırdır. Biz Gürcüstandan dəvət gözləyirik. Nə vaxt diplomatik kanallarla dəvət alsaq Gürcüstanda dövlətlərarası komissiya səviyyəsində məsələni müzakirə edəcəyik.

Sual: Gürcüstanla razılaşdırılmamış sahələr hansılardır?

Cavab: Razılaşdırılmamış sahələr müxtəlif yerlərdədir. Bu və ya digər səbəblərdən ayrı-ayrı yerlərdə razılaşdırılmamış sahələr var və onun ətrafında danışıqlar aparılacaq.

Sual: İranla-Azərbaycan arasındakı sərhədlərdə vəziyyət necədir. Keçmiş SSRİ-dən qalmış sərhədlər mütləqdir?

İranla Azərbaycan arasında sərhəd məsələsində hər hansı problem mövcud deyil.
Cavab: İranla Azərbaycan arasında sərhəd məsələsində hər hansı problem mövcud deyil. Çünki keçmiş SSRİ-dən qalma sərhəddir. Sadəcə redemorkasiya məsələsi var. Yəni yağış, sel suları mərz nişanlarını yuyub aparır, lil basır görünmür. Onda biz mərzləri yenidən bərpa edirik.

Sual: Amma Xəzər dənizi ilə bağlı danışıqlarda yenilik görünmür?

Cavab: Yox. Tam elə deyil. Xəzər dənizi ilə bağlı Rusiya, Qazaxıstan, Azərbaycan arasında razılıq olub, Xəzərin ortaq xətti təsdiqlənib. Türkmənistan və İranla isə
Az da olsa yaxınlaşma var.
danışıqlar gedir.

Sual:
Yenilik nədən ibarətdir?

Cavab: Danışıqlar gedir. Yəni yaxınlaşma var. Az da olsa yaxınlaşma var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG