Accessibility links

Azərbaycan Qerman Sterliqovu İnterpol xətti ilə axtarır


Qerman Sterliqov
Qerman Sterliqov

Hazırda “Qerman Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri Qerman Sterliqovun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.

Xəbər verildiyi kimi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində “Qerman Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri Qerman Sterliqov və digərlərinin Azərbaycanın dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmələri və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə AzərbaycanCinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq istintaq tədbirləri davam etdirilir.

Mətbuat xidməti bildirir ki, ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə Qerman Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Qerman Sterliqov Rusiya vətəndaşıdır və biznesmendir. O bu ilin iyulun 4-də Ermənistan vasitəsi ilə Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərinə gəlib.

O, iyulun 13-də Şuşa şəhərində mətbuat konfransı keçirib. Mətbuat konfransında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün əleyhinə çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG